"Çelsi" finalda

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin sonuncu oyunu keçirilib. SİA-nın məlumatına görə, "Çelsi" doğma meydanda "Tottenhem"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. İlk görüşdə "Tottenhem" 1:0 hesablı qələbə qazandığı və ev-səfər prinsipi olmadığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (4:2) olan Maurisio Sarrinin komandası finala yüksəlib.

"Çelsi" - "Tottenhem" 2:1 (penaltilər seriyası - 4:2)
Qollar: Kante, 27 (1:0), Hazard, 38 (2:0), Llorente, 50 (2:1)

İlk oyun: 0:1

Qeyd edək ki, London klubu finalda fevralın 24-ü "Mançester Siti" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə