"Liverpul" futbolçusu Dominik Solankeni "Bornmut"a satıb. Bu barədə klubun saytı məlumat yayıb. Britaniya mətbuatı bu transferdən mersisaydlıların 19 milyon funt sterlinq (təqribən 21 milyon avro) qazandığını yazıb.
Qeyd edək ki, 21 yaşlı hücumçu D.Solanke 2017-ci ilin yayında "Çelsi"ni tərk edib və azad agent kimi "Liverpul"a keçmişdi. O, indiyə kimi 27 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB