Gələn il mayın 10-dan 15-dək Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı keçiriləcək. SİA-nın məlumatına görə, Qran-Prinin keçirilməsi ilə əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə yaradılan təşkilat komitəsinin dekabrın 20-də ilk iclası olub. İclasda yarışın hazırlanıb keçirilməsi ilə əlaqədar tədbirlər planı və Qran-Prinin loqotipi təsdiqlənib. Həmçinin yarışın “Ruhun zəfəri” şüarı altında keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB