Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Şaxtyor" (Donetsk) - "Lion" görüşünün məkanı dəyişdirilib. SİA-nın məlumatına görə, matç əvvəlcədən nəzərdə tutulduğu kimi Xarkovda yox, Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq. Bu qərar ölkənin bəzi bölgələrində tətbiq edilən hərbi vəziyyətə görə qəbul olunub.
"Şaxtyor"- "Lion" oyunu dekabrın 13-ü keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl eyni səbəbdən "Vorskla" - "Arsenal" görüşünün yeri dəyişdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB