Azərbaycan yığması AZAL klubuna qarşı

Azərbaycan yığması AZAL klubuna qarşı
Xəbər verdiyimiz kimi, dekabrın 23-dən etibarən Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız bu gün saat 15:30-da yoldaşlıq oyunu keçirəcək. Yığmamız AZAL klubunun əvəzedici komandası ilə qarşılaşacaq. Matç Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə