İngilis klubu baş məşqçini işdən qovdu

İngilis klubu baş məşqçini işdən qovdu

İngiltərənin “Sauthempton” futbol klubu, baş məşqçisi Mark Hyuzla yollarını ayırıb. Bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb. Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. Uelsli mütəxəssis qovulması ilə Premyer Liqanın tarixinə düşüb. O, Premyer Liqada bir ildə iki fərqli komandadan istefaya göndərilən ilk baş məşqçidir. 2018-ci ilin yanvar ayında "Stok Siti"dən göndərilmiş Hyuz mart ayından “Sauthempton”nu çalışdırırdı.

Qeyd edək ki, “Sauthempton” Premyer Liqada 14 turdan sonra turnir cədvəlində 9 xalla 18-ci sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə