"Seltik" 18-ci dəfə Liqa kubokunun qalibi olub

"Seltik" 18-ci dəfə Liqa kubokunun qalibi olub

Şotlandiya Liqa kubokunun qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, həlledici oyunda “Seltik” və “Aberdin” klubları üz-üzə gəlib. “Hampden Park” stadionunda keçirilən qarşılaşmada Rayan Kristinin vurduğu yeganə qolla “Seltik” qalib gəlib.

Bununla da “Seltik” ardıcıl 3-cü, ümumilikdə isə 18-ci dəfə Liqa kubokunun sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə