Topaz Premyer Liqasının XIII turunun oyun cədvəlində dəyişiklik edilib. SİA-nın məlumatına görə, “Qarabağ” klubunun müraciətini, “Keşlə” klubunun razılıq məktubunu nəzərə alan PFL turun “Qarabağ” - “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB