UEFA Rusiya MOİK-inə qarşı intizam işi açıb. Qurumun rəsmi saytında yer alan məlumata görə, araşdırma futbol üzrə UEFA Çempionlar Liqasının V turunda evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.
Rusiya klubunun azarkeşləri sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar və icazəsiz giriblər. Bu məsələyə dekabrın 13-də baxılacaq.
Qeyd edək ki, MOİK "Viktoriya"ya 1:2 hesabı ilə məğlub olub. UEFA daha öncə klubu qrup mərhələsində "Roma" ilə hər iki matça görə cəzalandırıb və MOİK-ə bir illik sınaq müddəti təyin edib. Bu səbəbdən, Avropa futbol qurumu komandaya digər sanksiyalar tətbiq etməklə yanaşı, ev oyunlarını "Lujniki" stadionunda keçirməkdən məhrum edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB