Futbol üzrə Azərbaycan I Divizionunda 12-ci tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Liderlər qrupunda qərarlaşan “Neftçi-2” “Keşlə”yə məğlub olub. “Qarabağ-2" "Qaradağ Lökbatan"a uduzub. “Sabah” isə “Ağsu”nun qapısından 4 cavabsız top keçirib.
29 noyabr
“Qaradağ Lökbatan” - “Qarabağ-2” 1:0
Qol: Bəhruz Teymurov, 31
“Keşlə-2” - “Neftçi-2” 3:1
Qollar: Elmir Rəhimzadə, 21; Emin Quliyev, 63; Elmir Rəhimzadə, 72 - Hüseyn Hüseynzadə, 76
“Sabah-2” - “Ağsu” 4:0
Qollar: Tural Qürbətov, 30; Tural Nəsirov, 42, 51; Tolqar Yaqubov, 47
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla MOİK başçılıq edir. "Sumqayıt-2" 24 xalla 2-ci, "Neftçi-2" isə 23 xalla 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB