Jerar Pike 48 min avro cərimələnib

Jerar Pike 48 min avro cərimələnib

Barselona məhkəməsi İspaniya millisinin üzvü Jerar Pikeni cərimələyib. “Marca” nəşrinin yazdığına görə, avtomobilini saxta sənədlə idarə etdiyi üçün 31 yaşlı müdafiəçi 48 min avro məbləğində cərimələnib. Hadisə bu ilin avqust ayında baş verib. Pikeyə bu qanunsuz əməlinə görə 6 aylıq həbs cəzası da verilə bilərmiş.
Qeyd edək ki, Pike 2015-ci ilin mart ayında avtobilini düzgün park etmədiyinə və polislə mübahisəyə görə 10 min avro cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə