Futbol üzrə Belçika millisinin futbolçusu Romelu Lukaku UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda İslandiya ilə oyunu buraxacaq. Belçika Futbol Federasiyasının "Tvitter" səhifəsində yer alan məlumata görə, buna səbəb "Mançester Yunayted"in hücumçusunun zədəli olmasıdır. R.Lukakunun noyabrın 18-i İsveçrəyə qarşı oynayıb-oynamayacağı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə