“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 noyabr 2018-ci il tarixdə Saatlı rayon Olimpiya İdman Kompleksində keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Sabir Hacıyev, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, Rayon Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, idman veteranı Əbülfət Əliyev, layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Milli Məclisin deputatları Əflatun Amaşov, Sabir Hacıyev, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və İdman veteranı Əbülfət Əliyev çıxış edib.
Bildirilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev uşaq futbolunun inkişafının böyük prioritet olduğunu vurğulayıb. O, Açıq Əyləncəli Futbol Məktəbi layihəsinin də bu baxımdan əhəmiyyət daşıdığını önə çəkib. Millət vəkili indiyədək layihə çərçivəsində müxtəlif bölgələrdə gerçəkləşdirilmiş tədbirlərdə 24 mindən artıq uşağın iştirak etdiyini bildirib.
Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB