Portuqaliyanın "Sportinq" klubu Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur matçına futbolçu itkiləri ilə çıxacaq. SİA-nın verdiyi məlumata görə, Markos Xavyer Akunya və Jeremi Matyö IV turda səfərdə "Arsenal"la qolsuz heç-heçə etdikləri qarşılaşmada cəzalı duruma düşüb. Argentinalı hücumameylli yarımmüdafiəçi qrup mərhələsində üçüncü sarı vərəqəsini alaraq, limiti doldurub. Fransalı müdafiəçi isə sonuncu ümid folu kimi Mxitaryana qarşı kobudluğuna görə önündə qırmızı vərəqə görüb. O, meydanı tərk edərkən, azarkeşlərdən üzr istəyib.
Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də başlanacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB