Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının dördüncü turuna yekun vurulacaq. SİA-nın məlumatına görə, turun mərkəzi qarşılaşması “H” qrupunda oynanılacaq. “Yuventus” (İtaliya) doğma meydanda “Mançester Yunayted” (İngiltərə) komandasını qəbul edəcək. Komandalar arasında İngiltərədə keçirilən oyunda italyanlar minimal hesablı qələbə qazanıblar - 1:0. Qrupun digər oyununda İsveçrənin “Yanq Boyz” klubu səfərdə İspaniyanın “Valensiya” komandası ilə üz-üzə gələcək.
Turnirin son qalibi İspaniyanın “Real Madrid” klubu Çexiya səfərinə yollanacaq. “Kral” klubu “Viktoriya Plzen” komandasının qonağı olacaq. Üçüncü turda “Real Madrid” doğma meydanda Çexiya təmsilçisindən 2:1 hesabı ilə üstün olub. Qrupun digər oyununda ÇSKA (Rusiya) İtaliyanin “Roma” klubunu qəbul edəcək.
Turun digər oyunları bunlardır:
“E” qrupu
“Bavariya” (Almaniya) - AEK (Yunanıstan),
“Benfika” (Portuqaliya) - “Ayaks” (Niderland).
“F” qrupu
“Lion” (Fransa) - “Hoffenhaym” (Almaniya),
“Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Donetsk, Ukrayna).
“G” qrupu
ÇSKA (Moskva, Rusiya) - “Roma” (İtaliya),
“Viktoriya Plzen” (Çexiya) - “Real Madrid” (İpaniya).
“H” qrupu
“Valensiya” (İspaniya) - “Yanq Boyz” (İsveçrə),
“Yuventus” (İtaliya) - “Mançester Yunayted”.
Qeyd edək ki, ÇSKA - “Roma” və “Valensiya”- “Yanq Boyz” oyunu UEFA-nın yeni reqlamentinə görə, Bakı vaxtı ilə saat 21:55-də, digər qarşılaşmalar isə saat 00:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB