"Real Madrid"in aparıcı futbolçularından hesab olunan Rafael Varan zədələnib. SİA-nın məlumatına görə, 25 yaşlı müdafiəçi La Liqanın X turunda "Barselona" ilə səfər matçında xəsarət alıb.
Oyun zamanı ehtimal olunurdu ki, Madrid klubunun baş məşqçisi Xulen Lopetegi oyunçunu ikinci hissədə taktiki gedişə görə meydana buraxmayıb. Lakin Varanın əzələ zədəsi ilə əlaqədar oyuna davam edə bilmədiyi müəyyənləşib. Fransalı futbolçunun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı bəlli deyil.
Qeyd edək ki, "Barselona" - "Real Madrid" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə Rafael Varanın yerinə Lukas Vaskes meydana daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB