Kyokuşinkan karate ustası Faiq Mirzəyevin xatirəsinə

Kyokuşinkan karate ustası Faiq Mirzəyevin xatirəsinə

Hər bir varlığın sonu olduğu kimi, insanında son mənzilə köçdüyü bir gün olur. Belə bir gün Faiq Mirzazadəni 43-cü payızında yaxaladı... Düşünməzdim ki, onun haqqında bu mövzuda yazmalı olacam. Faiq Gəncəli oğlu Mirzəzadə 1975-ci ildə Sumqayıt şəhərində müəllim ailəsində dünyaya göz açmışdır. Faiq ilə tanışlığım hələ erkən yaşlarmızda Sumqayıt şəhər 50 saylı uşaq baxçasında bir qrupda təhsil almağımız vaxt oldu. Sovetlər dönəminin beynəlmilər qrupunda, müxtərlif millətlər içində şən, mehriban, gələcəyə ümid bəsləyən uşaq idik. Ağlımıza belə gəlməzdi ki, illər ötəcək, tale yolları ayrılacaq və hər kəsin özünəməxsus ömür yolları, ömür hekayəsi olacaq. Qismət elə gətirdi ki, Faiqlə biz ibtidai təhsili Sumqayıt şəhər 22 saylı orta məktəbdə və illər sonra 13 saylı ümumtəhsil məktəbini birgə bitirdik. F.Mirzəzadə Sumqayıt Sənaye İnstitutunun (indiki Sumqayıt Dövlət Universiteti) “Elektroenergetika” fakultəsində təhsilini davam etdirdi. Faiq təhsili ilə paralel olaraq idmanlada məşğul olurdu və idmanın kyokuşinkaykan karate növü üzrə daim məşqlərə gedirdi. Vaxtı ilə Faiqin məşqcisi olmuş kyokuşinkaykan ustası Ələddin Mirzəyev öz növbəsində kyokuşinkaykan hərbi karate idman növünün yaradıcı olan Masutatsu Oyamanın tələbəsi olmuşdur.

Kyokuşinkaykan tək idman növü deyil bu bir elmdir, fəlsəfədir, mənəviyyatın təzahürü olan hərəkətlərin ifadəsidir. Kyokuşinkay döyüşünün məğzini belə izah etmək olar: “Güclü dəqiq zərbələrlə pis müdafiə olunan döyüşcülər qanına qəltan edilməlidilər. Başqa sözlə, real döyüşdə güclü qalib gəlməlidi (mütləq həqiqət). Amansızlığına baxmayaraq bu məktəbində öz siması, öz qanunları var”. Əslində kyokusinkaykan karate döyüş növü hərbçilər, hüquq mühafizə orqanaları işçiləri üçün nəzərdə tutulub. Amma yaşından və cinsindən asılı olmayaraq hamı məşğul ola bilər. Hazırda Oyama məktəbinin bütün dünyada ən demokratik ideyalı “millonların karatesi” adlandırırlar. Kyokuşinkay döyüşçüləri üçün etnik, dini, irqi ayrı seçkilik yaddır hamının hüququ bərabərdir.

Faiq bu elmin, fəlsəfənin incəliklərinə varmış və həyatını kyokuşinkaykanla bağlamışdı. Bu elmin axtarışında o, Avropadan Çinə qədər yol fəth etmişdi. Kyokuşinkaykan karate sənətinin zirvəzinə yüksəlmək ona nəsib olmuşdur. F.Mirzəzadə üçüncü dan qara kəmər ustası idi. F.Mirzəzadə onlarla tələbə yetişdirmişdi. Faiqin məşqçiliyi altında bu sənətin sirlərinə yiyələnmək mənə də nəsib olub. İnsanı səbrlə dinləməsi, səmimi münasibəti ona xas olan xüsusiyyət idi. Soyuq baxışlar, yuxarıdan aşağı baxan gözlər, qəflətən adamın gözünün içinə zillənəndə üzə qonan yumşaq təbəssüm, həmişə dik olan qamət… Bütün bunlarda bir mülayimlik var. Eyni zamanda həm özündən itələyən, həm də özünə çəkən. Faiq məndə həmişə bu obrazla asossasiya olunub. Elə insanlar var ki, missiyaları özlərindən qabaq doğulur, dünyaya həqiqəti bilərək - o həqiqət hər nədisə - və onu ötürmək üçün gəlirlər. Bəlkə Faiq Mirzəzadə da onlardan biridi? Böyüdüyü mühit, xasiyyəti - heç nə sənəti nişan vermir. Amma elə bil, hansısa qüvvə onu yönləndirib, daş-kəsəkli çığırlardan, əngəllərdən keçirərək sonsuz ana yola çıxardıb. O da yolu əlinə alıb gedirdi. Dzen fəlsəfəsinə görə dünyanın əbədi dəyişkənliyi ilə tamamlıq, bitmişlik ideyası bir araya sığmır. Mükəmməlləşmək mükəmməl olmaqdan daha gözəldi. Tam kamilliyə yalnız bir anlıq çatmaq mümkündü, o an da sonra dəyişkənliyin axınında əriyir. Kamilləşmə prosesində zirvə, rahatlıq nöqtəsi ola bilməz və yoxdu. Faiq Mirzəzadə çox mərd oğlan idi. O, idmanla nəfəs alırdı. Çox istedadlı, iddialı oğlan idi. Qarşısına qoyduğu məqsədə mütləq nail olardı.

Faiq Mirzəzadə 1997-ci ildən peşəkar idmana artıq qədəm qoydu. Onun ilk yarışı Rusiya Federasiyasının Çeboksar şəhərində keçirilən beynəlxalq turnirdə iştirakı olumuşdur. Elə ilk yarışda yüksək nəticə göstərərək qalib olmuşdur. Bundan sonra Rusiyanın digər şəhərlərində keçirilən turnirlərdə qalib olmuşdur.

Faiqin ən böyük arzusu kyokuşinkaykan karatedə “Mütləq Həqiqət”ə qovuşmaq olmuşdur. O həqiqətin hər şeydən yüksək tutulduğu döyüş məktəbinin ədalətinə əmin olmaq istəyirdi. Necə deyəllər “Mütləq Həqiqət” Yaradana məxsusdu, Yaradana qovuşmaqdı. Yenə də Mövlanə Cəlaləddin Ruminin sözlərinə müraciət edirəm: “Ölüm, yaradılmışın yaradanına qovuşmasıdır”.

Faiqdən danışırıq, təhsilindən, uğurlarından, müvəffəqiyyətlərindən, ailəsindən... Faiqin yoxluğunu hiss etmədən şəkillərinə baxırıq, üzündəki təbəssümü əbədi xatirələrə onun yalnız fiziki yoxluğunu hiss etdirir, yoxsa o burdadır, bizimlədir, bizə baxır və həmişəki kimi gülümsəyir. O, cismini gəldiyi torpağa, ruhunu əbədiyyətə, hər zərrəciyini bizə təslim etmişdi.

Faiqin dostları, həmkarları, çoxsaylı tələbələri adından ailəsinə və yaxınlarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin.

Vüqar KƏRİMLİ

Kulturologiya üzrə fəlsəfə doktoru, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə