"Krılya Sovetov"un baş məşqçisi istefa verib

"Krılya Sovetov"un baş məşqçisi istefa verib

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubunun baş məşqçisi Andrey Tixonov istefa verib. Bu barədə klubun saytı xəbər yayıb. 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə vəzifəsindən gedib. “Krılya Sovetov” 9 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Tixonov 2017-ci ilin yayından Samara klubunu çalışdırırdı. Qeyd edək ki, yay fasiləsində Rusiya klubuna keçən Şeydayev Tixonovun rəhbərliyi altında cəmi 1 oyunda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə