"Azərbaycan və Kosovo ilə mübarizə aparmaq gücündəyik"

"Azərbaycan və Kosovo ilə mübarizə aparmaq gücündəyik"

"Millətlər Liqasında startımız elə də uğurlu alınmadı. Ona görə də qarşıdakı 2 oyunda yaxşı nəticə qazanmaq lazımdır". Qol.az-ın məlumatına görə, bu sözləri Farer adaları yığmasının baş məşqçisi Lars Olsen yerli mətbuata açıqlamasında deyib. Oktyabrın 11-də evdə Azərbaycan, 3 gün sonra isə səfərdə Kosovo ilə keçirəcəkləri oyunlarla fikirlərini açıqlayan danimarkalı mütəxəssis hər iki matçın ağır olacağını bildirib:

"Düşünürəm ki, Azərbaycan və Kosovo ilə mübarizə aparmaq gücündəyik. Xüsusilə ilk oyuna ümidim böyükdür. Evdə, doğma azarkeşlərimiz önündə oynayacağıq. Azərbaycan güclü komandadır. Onlar Kosovo ilə birlikdə qrupun əsas favoritləridir. Ona görə də bizim üçün çətin olacaq". Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə