AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinə yeni sədr təyin edilib

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinə yeni sədr təyin edilib

AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib. SİA-nın məlumatına görə, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul edilib. Quruma avstriyalı sabiq FİFA referisi Fritz Stuxlik sədr təyin olunub. Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək.

Beləliklə, Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifələrini itiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə