GİN rəsmisi: “Bu dəfə də Ermənistan qarayaxma ilə məşğuldur” - AÇIQLAMA

GİN rəsmisi: “Bu dəfə də Ermənistan qarayaxma ilə məşğuldur” - AÇIQLAMA

“Bu dəfə də Ermənistan tərəfi cəfəngiyyat və qarayaxma ilə məşğuldur. Belə ki, 20-27 sentyabr 2018-ci il tartixində cüdo üzrə 32-ci Dünya çempionatının Azərbaycanda keçirilməsinə bir neçə gün qalmış Ermənistan Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməmələri ilə bağlı yalan fikirlər səsləndirir”. SİA-nın məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, illər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub: “Bu formata əsasən Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan Hökuməti qaydalara əməl edərək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə