Borxa Mayoral "Levante"də

"Lion"dan Mariano Diası qaytaran və 7 nömrəli formanı ona verən "Real" heyətdəki digər hücumçunu icarəyə göndərib. SİA-nın məlumatına görə, söhbət Borxa Mayoraldan gedir. "Levante" 21 yaşlı forvardı mövsümün sonuna kimi heyətinə qatıb. Onunla "Leqanes" və "Alaves" klubları da yaxından maraqlanırdı.

Gənc forvard son mövsümdə “kral klubu” ilə 20 qarşılaşmada iştirak edib və 6 qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə