"Krılya Sovetov" Azər Əliyevlə yolları ayırıb

"Krılya Sovetov" Azər Əliyevlə yolları ayırıb

Rusiyanın "Krılya Sovetov" futbol klubu futbolçusu Azər Əliyevlə yolları ayırıb. Rusiya klubunun saytında yer alan xəbərə görə, Azərbaycan əsilli yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Əliyev ötən mövsüm "Yenisey"dən Samara klubuna keçmişdi. O, “Krılya Sovetov”da 40 oyuna 5 qol vurub.

Qeyd edək ki, Azər Əliyev AFFA-nın milliləşdirmək istədiyi futbolçulardan biridir. Xatırladaq ki, millimizin üzvü Ramil Şeydayev də “Krılya Sovetov”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə