TPL-də 3-cü turu neçə azarkeş izləyib?

TPL-də 3-cü turu neçə azarkeş izləyib?

Topaz Premyer Liqasının 3-cü turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü Qəbələ şəhər stadionunda "Qəbələ" və "Sumqayıt" arasında baş tutub. Bu qarşılaşmanı stadionda 300 nəfər izləyib.

"Dalğa Arena"da baş tutan "Zirə" "Sabah" oyununda 150, "Keşlə" - "Səbail" qarşılaşmasında isə 1000 azarkeş qeydə alınıb.

Turun mərkəzi - "Qarabağ" - "Neftçi" qarşılaşmasını isə 3 min azarkeş stadiondan izləyib.

Beləliklə, 3-cü turda 4 min 450 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1112,5 fanat deməkdir. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə