“Borussiya” Belçika millisinin üzvünü transfer edəcək

“Borussiya” Belçika millisinin üzvünü transfer edəcək

Belçika millisinin üzvü Aksel Vitsel karyerasını yenidən Avropada davam etdirəcək. SİA-nın məlumatına görə, 29 yaşlı futbolçu Dortmund “Borussiya”yasında çıxış edəcək.

Tibbi müayinədən uğurla keçən yarımmüdafiəçi ilə yaxın vaxtlarda rəsmi müqavilə bağlanacaq. “Borussiya”nın bu keçidə görə Çinin “Tyançzin Çyuançzyan” klubuna 20 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Vitsel 2017-ci ilin yayından Çində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə