Dortmund "Borussiya"sı növbəti transferə hazırlaşır. SİA-nın məlumatına görə, "sarı-qaralar" Çinin "Tianjin Quanjian" klubundan Aksel Vitseli heyətinə qatacaq. Belçika millisinin üzvünün transferi üçün Çin klubuna 20 milyon avro ödəniləcək. 29 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, Vitsel 2017-ci ildə "Tianjin Quanjian"a transfer olmuşdu. Belçikalı futbolçu Çində 47 oyuna 6 qol vurub, 3 qol ötürməsi verib verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB