Tite Braziliya millisində işinə davam edəcək

Tite Braziliya millisində işinə davam edəcək

Braziliya yığmasının baş məşqçisi Tite hazırki postunda işini davam etdirəcək. SİA-nın məlumatına görə, komanda dünya çempionatının 1/4 final mərhələsində Belçikaya (1:2) məğlub olaraq mübarizəni dayandırmasına baxmayaraq, Braziliya Futbol Konfederasiyası Titeyə yeni müqavilə təklif edib. 57 yaşlı çalışdırıcının yaxın günlərdə yeni 4 illik sazişə qol çəkməsi gözlənilir. Bir sözlə, "DÇ-2022"də də Braziliya millisinə Tite rəhbərilk edəcək. O, 2016-cı ildən Braziliya yığmasını çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə