2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Klubun saytında yer alan məlumata görə, “qırmızı-qaralar” toqolu futbolçu Lalavele Atakoranı heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Bu, bölgə təmsilçisinin 3-cü əcnəbi oyunçusu olub. Belə ki, buna qədər albaniyalı müdafiəçi Sabien Lilay və nigeriyalı hücumçu Ceyms Adeniyi “Qəbələ”yə transfer edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB