İspaniya yığmasının üzvü Andres İnyesta milli karyerasını başa vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 34 yaşlı yarımmüdafiəçi bu qərarı DÇ-2018-in 1/8 finalında Rusiyaya uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra açıqlayıb.
O, Rusiya ilə oyunun millidəki sonuncü çıxışı olduğunu bildirib: “Düşünürəm ki, karyeramın ən acı günüdür. Bəzən sonluq xəyal etdiyin kimi olmur. İspaniya yığması yenidən uğura yol tapmalıdır. Göründüyündən daha çətin olsa da, komandamız bunu bacarar".
Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edirdi. Bu müddət ərzində İnyesta 136 oyuna 13 qol vurub. O, yığma ilə dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB