“Baku Fires” klubu növbəti görüşünü keçirəcək

“Baku Fires” klubu növbəti görüşünü keçirəcək

WSB liqasında mübarizə aparan "Baku Fires" klubu növbəti görüşünü noyabrın 27-də səfərdə Qazaxıstanın "Astana Arlans" komandasına qarşı keçirəcək. SİA-nın məlumatına görə, artıq hər iki klub şənbə günü rinqə çıxacaq boksçuların adlarını açıqlayıb:

54 kq çəki dərəcəsi

Nurlan Seitimbetov (Astana Arlans)  - Rəhim Nəcəfov (Baku Fires)

61 kq çəki dərəcəsi

Yerjan Mussafirov  (Astana Arlans) -  Koba Pxakadze (Baku Fires)

73  kq çəki dərəcəsi

Baxıt Sarsekbayev  (Astana Arlans) – Məhəmməd Nuritdinov (Baku Fires)

85 kq çəki dərəcəsi

Marat Moldagereyev (Astana Arlans) – Denis Poyatska (Baku Fires)

91+ kq çəki dərəcəsi 

Milutin Stankoviç (Astana Arlans)  - Məhəmmədrəsul Məcidov (Baku Fires)

Yarışların qaydalarına əsasən, boksçular ən azı iki həftə dincəlməlidirlər. Odur ki, ilk turda rinqə çıxmış idmançılar bu dəfə mübarizə aparmayacaqlar. Xatırladaq ki, "Baku Fires" ilk turda "Beijing Dragons" klubunu 5:0 hesabı ilə məğlub etmişdi. "Astana Arlans" da öz meydanında keçirilən görüşdə eyni hesabla Koreyanın İnçeon şəhərinin komandasından üstün olmuşdu. Noyabrın 27-də Alma-Atada keçiriləcək görüş "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə