“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir

“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir

"Qarabağ" klubu "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bazar günü derbidə "ağ-qara"lıları qəbul edəcək komanda dünən günü 2 məşqlə keçirib. Komanda səhər  "Neftçibaza" adlanan kompleksdə məşq edib. Meydanda isinmə hərəkətləri edən futbolçular sonra trenajor zalında çalışıb.

Komandanın 2-ci məşqi isə İdman Akademiyasının meydançasında keçirilib.

 

Xatırladaq ki, artıq Emin İmaməliyev tam sağalıb. Onun meydana çıxmasında heç bir problem yoxdur. Digər zədəlilərdən Rubins, Maskim, Samir də artıq sağalmaq üzrədir. Əfran hələ ki, məşqlərini fizioterapevt nəzarətində edirsə, əzələsini dartan Ayxan Abbasov artıq "qaçmağa" başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə