Bəhruz Nəbiyev: "Çaparlarımız gələn il Olimpiadaya lisenziya qazanmağa çalışacaqlar" - AÇIQLAMA
"Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2019-cu ildə əsas diqqəti beynəlxalq yarışlarda Olimpiadaya lisenziya qazanmağa yönəldəcək". SİA-nın məlumatına görə, bu fikirləri ölkəmizdə inkişaf edən atçılıq idman növünün gələcək planları və Azərbaycan komandasının iştirak edəcəyi beynəlxalq yarışlar barədə danışan ARAF-ın baş katibi Bəhruz Nəbiyev deyib.
O bildirib ki, gələn ilin yanvarından 2020-ci ildə Yaponiyada keçiriləcək Tokio Olimpiadasına xalların toplanması ilə bağlı 14 aylıq müddət başlayacaq: "Bununla əlaqədar ARAF-ın müxtəlif hazırlıq planları var. Plana əsasən, dörd idmançımızın Avropanın müxtəlif şəhərlərində keçiriləcək 500-dən çox beynəlxalq turnirdə həm fərdi, həm də komanda hesabında iştirakı nəzərdə tutulur. Həmin yarışlarda komandanın heyətində yerli çaparlarımız çıxış edəcəklər".
Qeyd edək kİ, hazırda ARAF-ın təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalı keçirilir. Festival çərçivəsində Bakıda atçılığın cıdır, konkur və çövkən növləri üzrə turnirlər artıq keçirilib. İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə ölkəmizdə altıncı dəfə arena polo üzrə Dünya Kuboku yarışları təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB