Almaniya millisi ciddi itki ilə üzləşib

Almaniya millisi ciddi itki ilə üzləşib

Almaniya millisi dünya çempionatına az müddət qalmış ciddi itki ilə üzləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Məsut Özil zədələnib. Futbolçunun durumu ciddidir. 29 yaşlı oyunçunun dünya çempionatına aparılmamaq ehtimalı böyükdür. Digər ehtimala görə, o, qrupda iyunun 17-də keçiriləcək Meksika ilə ilk oyunu buraxacaq. Lakin son qərar tezliklə açıqlanacaq.

Qeyd edək ki, Almaniya mundialda Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə