Argentinalı futbolçu “Roma”nın hədəfində

Argentinalı futbolçu “Roma”nın hədəfində

“Zenit”in hücumçusu Sebastyan Driussi “Roma”ya keçə bilər. Bu barədə “La Gazetta dello Sport” məlumat dərc edib Qəzetin iddiasına görə, Sankt-Peterburq təmsilçisi bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün argentinalı futbolçu özü də komandanı tərk etmək istəyir. Driussinin transfer qiyməti 12 milyon avrodur.

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən ilin yayında “River Pleyt”dən “Zenit”ə keçib. O başa çatan mövsümdə 27 oyuna 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə