Milli komandamız Qırğızıstanı məğlub edib

Milli komandamız Qırğızıstanı məğlub edib

Futbol üzrə Milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb. Qurban Qurbanovun başçılıq etdiyi yığmamız Qırğızıstanı qəbul edib. Rəqib millimiz üçün yad deyildi. İndiyədək 3 dəfə qırğızlarla üz-üzə gələn yığmamız iki dəfə qalib gəlib, bir dəfə isə heç-heçə etmişdi. Bugünkü matçda isə komandamız rəqibini 3 cavabsız qolla üstələyib.

Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsi olub. Bunadək 3 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub.

29 may

Yoxlama oyunu

20:00. Azərbaycan - Qırğızıstan - 3:0
Qollar:
Maksim Medvedyev, 16, Mahir Mədətov, 74, Ürfan Abbasov, 84
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə)
Bakı. Olimpiya Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə