Andre Qomeş “Barselona”dan gedir?

Andre Qomeş “Barselona”dan gedir?

“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş böyük ehtimalla komandadan ayrılacaq. Bu barədə İspaniyanın nüfuzlu “El Mundo Deportivo” nəşri xəbər yayıb. Məlumatda deyilir ki, portuqaliyalı futbolçu artıq klubun bazasındakı bütün əşyalarını toplayıb. Dünya çempionatının bitməsinin ardından məsələnin rəsmiləşəcəyi gözlənilir.

Qomeş 2016-cı ildə “Valensiya”dan 35 milyon avro qarşılığında “Barselona”ya transfer olunmuşdu. Sözügedən məbləğlə yanaşı, onun sazişində 20 milyon avro bonus nəzərdə tutulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə