"Fənərbaxça"dan 7 cavabsız qol

"Fənərbaxça"dan 7 cavabsız qol

Türkiyə Superliqasında 33-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, bu gün 2 qarşılaşma keçirilib. "Fənərbaxça" səfərdə "Karabükspor"a 7 cavabsız qolla qalib gəlib.

Turun digər oyununda "Kayserispor" doğma meydanda "Akhisar"a uduzub - 1:2.

2017/2018 mövsümünün sonuna 1 tur qalmış "Qalatasaray"ın 72, "Fənərbaxça"nın 69 xalı var. "Cim-Bom"un çempion olması üçün 34-cü turda "Göztepe" ilə oynayacağı oyunda hətta 1 xal da kifayət edir.

"Karabükspor" - "Fənərbaxça" - 0:7
Qollar:
Kravçenko, 2-avtoqol, Fernandao, 20, 29, Şaşeşu, 38, Soldado, 47, Dirar, 77, Yansse, 90

"Kayserispor" - "Akhisarspor" - 1:2
Qollar:
Seleznyov, 69 (0:1), Aydoğdu, 73 (0:2),Kravets, 79 (1:2)

Bütün xəbərlər Facebook səhifəmizdə