ÇL-də yarımfinalın cütlükləri müəyyənləşəcək

ÇL-də yarımfinalın cütlükləri müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

“Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Roma” (İtaliya) yarımfinalda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə