Superliqada daha bir baş məşqçi istefası

Superliqada daha bir baş məşqçi istefası

Futbol üzrə Türkiyə Superliqasında mövsümün 16-cı baş məşqçi istefası reallaşıb. SİA-nın məlumatına görə, "Bursaspor" Pol Le Quenlə yollarını ayırıb. Buna səbəb komandanın uğursuz nəticələri olub. Super Liqanın 28-ci turunda "Kasımpaşa"ya 0:1 hesablı məğlubiyyətdən sonra fransız mütəxəssis istefaya göndərilib.

54 yaşlı mütəxəssis mövsümün əvvəlində "timsahlar"ın baş məşqçisi təyin olunmuşdu. Onu bu postda müvəqqəti olaraq Musrafa Er əvəzləyəcək.

Qeyd edək ki, 28 turdan sonra aktivində 33 xal olan "Bursaspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə