“Azerreyl” “Uraloçka” ilə qarşılaşacaq

“Azerreyl” “Uraloçka” ilə qarşılaşacaq
Bakıda keçirilən voleybol üzrə qadınlar arasında beynəlxlaq turnir davam edir. SİA-nın məlumatına görə, bu gün Bakı İdman Sarayında keçirilən turnirdə istirahət günüdür. Sabah isə yarışın 4-cü turunun oyunları keçiriləcək. Turun ilk oyununda Rusiya klubu "Zaraçye" Türkiyə təmsilçisi "Qalatasaray"la qarşılaşacaq. Oyun saat 15:00-da başlayacaq. İkinci oyunda isə saat 17:00-da "Azərreyl" "Uraloçka" ilə münasibətlərə aydınlıq gətirəcək. "Rabitə" isə saat 19:00-da digər komandamız "Lokomotiv"lə üz-üzə gələck. Xatırladaq ki, 3-cü turdan sonra ilk 2 yerdə müvafiq olaraq 6 xalla "Azerreyl" və "Uraloçka" (Rusiya), 3-cü yerdə 5 xalla "Rabitə", 4-cü sırada 4 xalla "Lokomotiv", 5-ci pillədə 3 xalla "Qalatasaray", sonuncu yerdə isə 2 xalla "Zareçye" qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə