Futbol üzrə Argentina milli komandasının yoxlama matçında İspaniyaya 1:6 hesablı məğlubiyyəti geniş müzakirə mövzusu olub. SİA-nın məlumatına görə, matçı tribunadan izləyən Argentina millisinin kapitanı Lionel Messi 6-cı qoldan sonra oyunu yarımçıq tərk edərək gedib. Lakin Messi paltardəyişmə otağında komanda yoldaşları ilə pozitiv söhbət edib və onlara dəstək olub.
İspaniya mətbuatına danışan, lakin adını açıqlamayan argentinalı futbolçu Messinin komandanın əsl lideri olduğunu vurğulayıb: "Messinin paltardəyişmə otağında nələr dediyini söyləməyəcəyəm. Amma həqiqtən də bizə dəstək oldu. Sözün düzü, belə dəstəyə ehtiyacımız var idi. Leo komandanın əsl lideridir. Buna görə də o, kapitanımızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB