Bu gün Bakıda UEFA-nın "Azərbaycanda Kütləvi Futbol" mövzusunda seminarı başlayıb. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-ə qədər davam edəcək seminarı giriş sözü ilə AFFA-nın baş katibi Elxan Məmmədov açaraq tədbir iştirakçılarını salamlayıb, bu tədbirin Bakıda keçirilməsinə şərait yaratdığına görə UEFA rəhbərliyinə minnətdarlığını bildirib. Baş katib çıxışında bildirib ki, son illər Azərbaycanda futbolun kütləviliyinin artırılması istiqamətində bir çox tədbirlər görülüb, müxtəlif layihələr həyata keçirilib. Bu barədə AFFA-nın əməkdaşlarının daha ətraflı məlumat verəcəyini qeyd edən Elxan Məmmədov seminar iştirakçılarına uğurlar arzulayıb.
Sonra UEFA-nın Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolf çıxış edərək futbolun kütləviliyinin əhəmiyyəti barədə danışıb, UEFA tərəfindən futbolun kütləviliyinin artırılması, futbolda təhsilin gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, tətbiq olunan proqramlar barədə məlumat verib, kütləvi futbolun tarixi barədə seminar iştirakçılarını məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB