AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün keçirilən XXV Hesabat Konfransında çıxış edib. SİA-nın məlumatına görə, o qeyd edib ki, ötən il 2016-cı il kimi futbolla zəngin olub: “İlk növbədə, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bizi sevindirdi. Yığmamız IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2017-ci ildən danışanda Çempionlar Liqasının himni eşidilir. “Qarabağ”ın uğuru bizi çox sevindirdi. Ağdam klubu qrup mərhələsində 8 komandalı çempionatı təmsil edən yeganə klub idi. Digər önəmli məqam Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilməsidir. Bu tenderdə qalib gəldik. Cənab Prezident İlham Əliyevin birbaşa dəstəyi Bakının final oyunu üçün seçilməsində bizə kömək oldu”.
Baş katib vurğulayıb ki, uşaq liqalarında iştirakçıların sayı 4 faiz artıb: “AFFA-nın ötən il keçirilən İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul olundu. Hazırda 24 komandanın iştirak etdiyi Regionlar Liqası təsis edildi”.
E.Məmmədov danışılmış oyunlar haqqında da danışıb: “AFFA prezidenti Rövnəq Abdullayevin də qeyd etdiyi kimi, danışılmış oyunlar ciddi problemdir. Ötən ildən başlayaraq, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik və maarifləndirmə işləri aparırıq. Bu virus, xəstəlik futbola sirayət edib. Biz bu virusu məhv etməsək, virus bizi məhv edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB