“Neftçi İdman Klubu”nun üzgüçüsü Boris Kirilov böyük əzmkarlıq nümayiş etdirərək bir yarışda 5 qızıl medala yiyələnib. SİA-nın məlumatına görə, idmançı Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə respublika qış çempionatında bu uğura imza atıb.
50 və 100 metr məsafəyə sərbəst, eyni məsafələrə arxası üstə, eləcə də 50 metr məsafəyə baterflay üsulla üzmə yarışlarının hər birində finişə birinci çatan B.Kirilov bu turnirdə beşqat Azərbaycan çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB