Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Fernandaonu cəzalandırıb. Qurumun saytında yer alan xəbərə görə, buna onun ölkə çempionatının 23-cü turunda "Beşiktaş"a qarşı matçda qol sevincini qeyd edən zaman azarkeşlərə qarşı etdiyi qeyri-etik hərəkət səbəb olub. Buna görə braziliyalı hücumçu 2 oyunluq cəzalandırılıb və 13 min türk lirəsi məbləğində cərimələnib.
Beləliklə o, Türkiyə kubokunun yarımfinalında "Beşiktaş"la ilk matçı və ölkə çempionatında "Akhisarspor"la görüşü buraxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB