Zidan: “Espanyol”a məğlub olmağa layiq deyildik"

Zidan: “Espanyol”a məğlub olmağa layiq deyildik"

“Oyuna yaxşı başladıq. Qol fürsətlərimiz olsa da, dəyərləndirmədik. İkinsi hissədə isə istədiklərimizi edə bilmədik". SİA-nın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 26-cı turunda səfərdə “Espanyol”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

Fransalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Uğursuzluğu qəbul etməliyik. Ancaq “Espanyol”a məğlub olmağa layiq deyildik. Bu nəticə təsadüfidir. Çünki rəqib çox az qol fürsəti əldə etmişdi”.

Qeyd edək ki, Madrid klubu 90+3-cü dəqiqədə buraxdığı qolla uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə