Boksçumuz "Strandja" turnirində bürünc medal qazanıb. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb.
Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb. Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB