Güləş üzrə Azərbaycan yığma komandası 2012-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında 1 milyon dollar qazana bilər. SİA-nın məlumatına görə, iş adamlarından biri güləş yığmamızda ruh yüksəkliyi yaratmaq məqsədilə belə bir qərar verib. Belə ki, adı hələ ki, açıqlanmayan həmin iş adamının şərtinə görə, əgər yığma komandamız Olimpiadada 10 medal qazana bilsə, o medallardan 2-i qızıl olsa, bu mükafat milli komandmıza veriləcək.
Qeyd edək ki, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası da Olimpiadanın nəticələrinə görə güləşçilərimizi mükafatlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB