"Sumqayıt" Topaz Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, "kimyaçılar" bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, kapitan Vurğun Hüseynov cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 15-ci turda "Zirə" ilə oyunun 92-ci dəqiqəsində sarı vərəqə alan təcrübəli müdafiəçi cəzalı duruma düşüb.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü sabah saat 18:30-da "Kapital Bank Arena"da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB