Kipr çempionatında 24-cü turun oyunları keçirilir. SİA-nın məlumatına görə, Araz Abdullayevin şəfərini qoruduğu “Anortosis” səfərdə “Olimpiakos”un qonağı olub.
Görüşə ehtiyatdan başlayan Araz 63-cü dəqiqədə Migel Palancanı əvəzləməklə yaşıl meydana qayıdıb. Qarşılaşma “Anortosis”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 50-ə çatdıran A.Abdullayevin komandası üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB